Litva Prezidenti: “NATO Rusiya ilə sərhəddə bazalar yaratmalıdır”

NATO-nun Moskva ilə 1997-ci ildə imzalanmış münasibətlər və əməkdaşlıq haqqında fundamental aktı etibarsız saymasının və Rusiya sərhədləri yaxınlığında daimi hərbi bazalar yaratmasının vaxtı çatıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “The Times” qəzetinə müsahibəsində söyləyib.

“Rusiya Belarusda fəal şəkildə taktiki nüvə silahı yerləşdirəndə və bunun baş verdiyinə dair bütün sübutlarımız olduqda, biz artıq Rusiya ilə NATO arasındakı aktın ölü olduğunu qəbul etməliyik”, – deyə Prezident nəşrə bildirib.

Litva lideri vurğulayıb ki, Litva artıq Rusiyadan gələn nüvə təhdidlərinə öyrəşib, çünki onları daim eşidir. O qeyd edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlara başlayandan sonra alyans üzvləri müdafiə xərclərinin artırılmasının zəruriliyini dərk ediblər. Həmçinin Litva dövlət başçısı etiraf edib ki, o, bu keçid dövrünün çox uzanacağından ehtiyat edir, çünki vəziyyət çox təhlükəli və qeyri-sabitdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir