Litva prezidenti münaqişə zamanı Ukraynanın NATO-ya daxil olması ehtimalını istisna edib

Ukraynanın NATO-ya mümkün üzvlüyünün müzakirəsi alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinin ən çətin mövzularından biri olacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə bazar günü İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Litva Prezidenti Gitanas Nauseda bildirib.

“Düzünü desəm, bu, Vilnüsdə həll olunası ən çətin məsələ olacaq. Litva iddialı bir gündəmə can atır, lakin bəzi ölkələr hələ də Ukrayna prezidenti Vladimir Zelenskiyə bu mövzuda güclü siqnallar göndərməkdə tərəddüd edir”, o söyləyib.

Nauseda Kiyevin münaqişə bitməmiş alyansa daxil olması ideyasını rədd edib:

“Çox çətin olardı. Biz bu haqda bilirik, ukraynalılar da bundan xəbərdardır”.

Litva prezidenti əlavə edib ki, biz praktiki mərhələyə keçməliyik, münaqişə yekunlaşdıqdan sonra necə hərəkət edəcəyimizin mərhələlərini və formullarını müəyyənləşdirməliyik.

O, sammitdə Ukraynanın üzvlüklə bağlı yol xəritəsinin müəyyən olunacağına ümid etdiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir