Litva Prezidenti Gitanas Nauseda Kiyevdə səfərdədir.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında yazıb.
Nauseda, həmçinin Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün bu ölkəyə hərbi və iqtisadi dəstəyin vacibliyini qeyd edib.
Qeyd edək ki, səfər çərçivəsində Litva dövlət başçısı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Azinformasiya.az