Litva polisi NATO sammiti zamanı aksiya keçirmək istəyir

Litva polisi aşağı maaş və həddindən artıq iş yükü səbəbindən NATO-nun Vilnüs sammiti günlərində etiraz aksiyası təşkil etmək planından imtina etmək niyyətində deyil.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “LRT” milli radiosunun efirində “Polis Zabitləri Birliyi”nin sədri Roma Katinene bildirib.

“Polisin öz fikrini bildirməsi üçün səhv vaxt yoxdur. Bu məqamda etiraz etməkdən utanmaq bizə yaraşmaz. Polis əməkdaşlarının təhlükəli işlərinə görə kifayət qədər maaş almaması dövlət üçün, hakimiyyət üçün utancvericidir. Bu, onların motivasiyasına mənfi təsir göstərir”-deyə o diqqətə çatdırıb.

Həmkarlar ittifaqı üzvlərini son zamanlar xeyli çoxalan iş yükünə etiraz etməyə, əmək haqqının artırılmasını və polis əməkdaşlarının tibbi reabilitasiyası üçün daha çox vəsait tələb etməyə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir