Litva parlamenti rus və belarusların vətəndaşlıq üçün müraciətlərini qadağan edən qanun qəbul edib

Litva parlamenti (seym – Seimas) rusların və belarusların vətəndaşlıq üçün müraciət etmələrini qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Azinformasiya.az xəbər verir ki, qəbul olunan sənədin mətni Litva seyminin saytında yerləşdirilib.

Vətəndaşlığa müraciət üçün verilmiş ərizələrə baxılmasının dayandırılacağı mətndə qeyd olunub.

Seym tərəfindən qəbul edilən qanun layihəsi 113 deputat tərəfindən bəyənilib, 9 deputat bitərəf qalıb, heç kim əleyhinə səs verməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir