Litva dövlət başçısı Belarusla sərhədin tamamilə bağlanacağını istisna etməyib

Litva Prezidenti Gitanas Nauseda “Vaqner” özəl hərbi şirkətinin Belarusda yerləşməsi ilə bağlı bu ölkə ilə sərhədin tamamilə bağlanacağını istisna etməyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Litva Prezidenti Polşanın Baş naziri Mateuş Moravetski ilə Suvalki Tank Alayına birgə səfərindən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu proses Polşa və Latviya ilə razılaşdırılaraq baş verməlidir.

Qeyd edək ki, bir müddət öncə Polşa rəsmiləri də Belarusun tam təcrid olunmasının mümkünlüyünü açıqlamışdı. Polşanın Baş naziri Moravetskinin sözlərinə əsasən, hazırda Belarus ərazisində 4000- dən daha çox vaqnerçi ola bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir