Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində dünyasını dəyişib

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Lerik rayonunun dağlıq Siyov kəndində baş verib. 1989-cu il təvəllüdlü Pərviz Tofiq oğlu Höccətov hərəkətdə olan “UAZ” markalı maşının yük hissəsindən yerə düşüb. Xəsarət alan şəxsə Lənkəran rayon Mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərilsə də, aldığı kəllə-beyin travmasından dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir