Lavrovun müavini: Rusiya Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və yanaşır

Rusiya Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və yanaşır.

 

Azinformasiya.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşündə bildirib.

Görüş zamanı Cənubi Qafqazdakı vəziyyətin, Bakı ilə İrəvan arasında barışıq prosesinin müzakirə olunduğu qeyd olunub. Rusiya Xarici İşlər Nazirliyinin bu il iyulun 15-də verdiyi bəyanata toxunan Rudenko Rusiyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşdığını deyib. Onun sözlərinə əsasən, Rusiya Müttəfiqlik Əməkdaşlığı haqqında ikitərəfli Bəyannamənin ruhuna və hərfinə tam sadiqdir. “Həmçinin, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hərtərəfli təşviqi, gündəlikdə duran bütün məsələlərin, habelə Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla həll edilməsi vəzifəsini ləğv etmir.

Rusiya tərəfi sülh müqaviləsinin razılaşdırılması mövzusu, ardınca Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçiriləcək sammitində imzalanacaq sözügedən sənədin, razılaşmaların həyata keçirilməsi üsullarının müzakirəsi üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib”, deyə Rusiya XİN-nin Bülbüloğlu-Rudenko görüşü ilə bağlı məlumatında bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir