Fələstinin HAMAS hərəkatının nümayəndə heyəti Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə HAMAS-ın hərəkatının Telegram kanalında dərc olunmuş bəyanatında bildirilib.
“HAMAS nümayəndə heyəti Rusiyanın diplomatik səylərini, həmçinin Qəzza zolağında Fələstin xalqına göstərdiyi rəsmi və humanitar yardımını yüksək qiymətləndirir”, – bəyanatda qeyd olunub.
Azinformasiya.az