Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi ilə qəbul edib.
Azinformasiya.az Rusiya XİN-ə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki vəziyyət ətraflı müzakirə olunub.
Rusiya tərəfi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış sazişlər kompleksi əsasında üçtərəfli işin tez bir zamanda bərpa edilməsinin təcili zəruriliyini vurğulayıb.
Azinformasiya.az