Lavrovun müavini: Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Türkiyənin BRICS-ə üzvlüklə bağlı müraciəti barədə də danışıb. Qeyd edib ki, bütün qərarlar konsensus əsasında qəbul olunur:

“Moskva Ankaranın BRICS-ə üzv olmaqla bağlı niyyətinə hörmətlə yanaşır”, – deyə Ryabkov vurğulayıb.

Qeyd edək ki, Kazanda BRICS sammiti oktyabrın 22-24-də keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir