Lavrovun müavini: Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi regionda sabitliyə töhfə verəcək

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının əsas istiqamətlərindən biridir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda iştirak edən
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Rusiyalı nazir müavini vurğulayıb ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi Azərbaycan və Ermənistan arasında münasibətlərə və ümumilildə regionda təhlükəsizlik və sabitliyə töhfə verəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir