Lavrovun müavini ABŞ-la İranın nüvə razılaşması barədə gizli danışıqlar apardığını söyləyib

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (Joint Comprehensive Plan of Action – JCPOA) bərpası ilə bağlı gizli danışıqlar apardığını istisna etməyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Sergey Ryabkov jurnalistlərə müsahibəsi zamanı TASS-ın müxbirinə bildirib.

“Bütün sirlər bir gün açılacaq, bu, aydın məsələdir. Biz keçmişdə də ABŞ və İranın qapalı rejimdə bir-birilə dolayı yollarla görüşlər keçirdiyini görmüşük. Belə təmasların indi də baş verdiyini istisna etmək olmaz”, – Ryabkov diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir