Lavrovla Rubio arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tərəflər oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün mümkün konkret addımlar ətrafında konstruktiv müzakirə aparıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir