Lavrov: Zelenskinin “sülh formulu” heç yerə aparmır

“Rusiya Kiyevin hazırkı rəhbərlərini hakimiyyətdə saxlamaqla bağlı deyil, Ukrayna ilə bağlı danışıqlara hazırdır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında bildirib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Zelenskinin “sülh formulu” heç yerə aparmır və ABŞ-la Avropa İttifaqı bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

“BMT Katibliyinin tamamilə sürreal qondarma Kopenhagen formatında iştirak etməklə öz reputasiyasını riskə atması üzücüdür. Bütün bu formullar heç bir yerə aparan yoldur və Vaşinqton, London, Paris, Brüssel bunu nə qədər tez anlasalar, həm Ukrayna, həm də Qərb üçün bir o qədər yaxşı olacaq”, – deyə Lavrov bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir