Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-da Bakı ilə İrəvan arasında razılaşmanı Azərbaycan və Ermənistanın suveren hüququ adlandırıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.
“2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmaları Amerika Birləşmiş Ştatlarından yekunlaşdırmaq qərarına gəliblər. Bu, bizim qonşularımızın suveren hüquqlarıdır. Ancaq baxmaq lazımdır ki, bu razılaşmalar necə işləyəcək. İrəvan və Bakı arasında razılaşmadan sonra ABŞ-da səslənən çoşğulu çığırtılar sənədin dərcindən sonra skeptik qiymətləndirmələrlə əvəzlənib”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Azinformasiya.az