Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran xarici işlər naziri Əraqçi arasında telefon danışığı olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Lavrov Rusiyanın deeskalasiya ilə bağlı prinsipial mövqeyini xatırladıb.

O, Moskvanın İran və onun regiondakı qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq münaqişənin siyasi-diplomatik həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir