Lavrov və Əraqçi İranın nüvə proqramını müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

 

Azinformasiya.az  xəbər verir ki, nazirlər Cenevrədə ABŞ-İran təmaslarının nəticələrini nəzərə alaraq Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə ediblər.

Qeyd olunub ki, Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə uyğun olaraq, İranın qanuni hüquqlarına hörmət edən ədalətli siyasi və diplomatik həllər tapmağa yönəlmiş danışıqlar prosesinə dəstəyini bir daha təsdiqləyib.

Bundan başqa, söhbət zamanı qarşılıqlı maraq doğuran konkret ikitərəfli məsələlər də müzakirə edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir