Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Azinformasiya.az Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Lavrov fevralın 27-dən 28-nə keçən gecə Ukraynanın üç pilotsuz uçuş aparatı ilə “Türk axını” qaz kəmərində yerləşən “Russkaya” kompressor stansiyasına hücum etməyə cəhd etdiyini bildirib.
Rusiya XİN rəhbəri ciddi şəkildə türkiyəli həmkarından Ukraynanın mülki infrastruktur obyektlərinə qarşı törədilmiş terror aktlarına oxşar cəhdlərinin qarşısını almaqdan ötrü Kiyevlə əməkdaşlıqda Ankaranın mövcud imkanlarından istifadə etməyi xahiş edib.
H.Fidan Lavrova lazımi tədbirlərin görüləcəyini deyib.
Azinformasiya.az