Lavrov Trampın qayıdışı ilə Rusiya-ABŞ münasibətlərinin dəyişəcəyinə inanmır

“Donald Trampın ABŞ prezidenti vəzifəsinə mümkün qayıdışı çətin ki, Rusiya-Amerika münasibətlərinə hansısa şəkildə təsir etsin”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin CBS kanalına müsahibəsində Tramp yenidən prezident olsa, ABŞ siyasətinin fərqli ola biləcəyi ilə bağlı suala cavabında bildirib.

Lavrov Tramp Prezident seçilərsə, Rusiya-ABŞ münasibətlərində hansısa fərqin olacağına inanmadığını da deyib.

“Mən bir fərqin olacağına inanmıram. Çünki Rusiya-Amerika münasibətlərinin dağılmasını təməlini, eləcə də strateji təhlükəsizlik, paritet, qarşılıqlı etimad, yoxlamalar, şəffaflıq və inamla bağlı bütün müqavilələr də daxil olmaqla bu münasibətlərin əsaslarını prezident Corc Buş məhv etməyə başlayıb”, deyə Rusiya XİN rəhbəri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir