ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəinki ləğv etməyə tələsmir, əksinə onları gücləndirir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib.
Bununla belə, Lavrov Rusiyanın Trampın Ukrayna ilə bağlı dialoqa sadiqliyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Onun sözlərinə əsasən, Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.
Azinformasiya.az