Tramp münaqişəni davam etdirmək istəyən NATO və Aİ-nin nalayiq təzyiqi altındadır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə əsasən, Rusiya Trampın Ukraynada nizamlanma üçün 50 günlə bağlı açıqlamalarının arxasında nə olduğunu anlamaq istəyir.
Lavrov qeyd edib ki, Avropa liderləri Kiyevə Rusiya ilə danışıqlar aparmağı qadağan edir.
O, Rusiya ilə danışıqların üçüncü raundunun artıq Ukrayna tərəfindən xatırlanmadığını və Kiyevin nümayəndə heyətinin tərkibini də dəyişdiyini söyləyib:”Əgər Kiyev İstanbul formatını tükənmiş hesab edirsə, bu, onun ukraynalılara biganə münasibətini sübut edir”.
Lavrov Rusiya Federasiyası və Ukraynanın memorandum layihələrinin bir-birinə əks olduğunu, lakin danışıqlar üçün hər zaman imkanı olduğunu qeyd edib.
Rusiya XİN rəhbəri ABŞ və Aİ-nin sanskiya təhdidlərindən də danışın. Vurğulayıb ki,
Rusiya sanksiyaların öhdəsindən gəlir və yenilərinin də öhdəsindən gələcək:”Rusiyaya qarşı sanksiya müharibələrinin müəllifləri bundan ziyan görəcək. Başqasına quyu qaz mayın!”
Lavrov Rusiyanın ticarət tərəfdaşlarının Qərbib təhdidləri fonunda öz öhdəliklərindən boyun qaçıracağına inanmadığını əlavə edib.
Azinformasiya.az