Lavrov səudiyyəli həmkarı ilə telefon danışığı aparıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Suriyadakı hadisələri müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Lavrov və Səud müxtəlif sektorlar üzrə Rusiya-Səudiyyə Ərəbistanı əməkdaşlığının daha da genişləndirilməsi üçün praktiki addımlara toxunublar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir