Lavrov: Rusiya Ukrayna ilə nizamlanmaya dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır

“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, lakin yeni reallıqlar əsasında…”

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib.

Lavrovun sözlərinə əsasən, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz bu prinsiplərə qayıtmağa hazırıq, lakin təbii ki, yeni reallıqlar nəzərə alınmaqla… Çünki o vaxtdan 2 il yarım keçib. Bu reallıqları prezident Vladimir Putin də açıqlayıb, Ukrayna, Rusiya və Qərb arasında nizamlanmanın yolunu göstərib”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir