Türkiyə bizim mehriban qonşumuz və vacib tərəfdaşımızdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının dördtərəfli görüşünün protokol hissəsində çıxışında bildirib.
“Biz, son illər Türkiyənin beynəlxalq və regional nüfuzunun nə qədər artdığını görürük. Rusiya Türkiyə ilə ikitərəfli münasibətlərin genişlənməsinin və möhkəmlənməsinin tərəfdarıdır. Mayın 12-də Türkiyə Respublikasının 100 illik yubileyi qeyd olunacaq. Bununla bağlı həmin uzaq və ölkələrimiz üçün asan olmayan illərdə Moskva və Ankaranın nümunəsi olmayan qarşılıqlı dəstək göstərdiklərini xatırlatmaya bilmərəm”, – deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri Türkiyəyə qarşıdan gələn prezident və parlament seçkilərində uğurlar arzulayıb: “Bildiyim qədəri ilə ölkə xaricində artıq seçkilər başlayıb. Əminəm ki, seçkilər düzgün, şəffaf olacaq, Türkiyə xalqının iradəsini xaricdən hansısa müdaxilə olmadan təmin edəcək”.
Azinformasiya.az