Lavrov: Rusiya tərəfi rus jurnalistlərə viza verilməməsini “unutmayacaq, bağışlamayacaq”

Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unudacaq, nə də bağışlayacaq.

Azinformasiya.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan öncə hava limanında jurnalistlərə söyləyib.

Bu haqda videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yerləşdirib.

Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, – Lavrov söyləyib.

Onun sözlərinə əsasən, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq edib və axmaqlıq edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir