Lavrov: Rusiya Suriya ordusuna yardım etməyə davam edir

“Təhrir əş-Şam” terrorçularından hazırda Suriyada olduğu kimi geosiyasi məqsədlər üçün istifadə etmək qəbuledilməzdir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Dohada Astana formatında keçirilən görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Rusiya Türkiyə və İranla birlikdə Suriyada gərginliyin azaldılması çağırışının eşidilməsinə əmin olmaq üçün addımlar atacaq.

Lavrov Rusiyanın Suriya ordusuna kömək etdiyini də söyləyib.

O, Rusiyanın guya Suriyanın Tartusdakı bazasından gəmiləri çıxarması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.

Bildirib ki, Rusiyanın Aralıq dənizində hərbi təlimləri davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir