Lavrov: Rusiya heç bir halda Ukraynada Avropa sülhməramlılarını qəbul etməyəcək

Moskva heç bir halda Ukraynada Avropa sülhməramlılarını və orada Rusiya əleyhinə qanunların qorunub saxlanmasını qəbul etməyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı blogger Mario Naufal, keçmiş hakim Endryu Napolitano və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Consona müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, NATO qoşunlarının Ukrayna ərazisində istənilən bayraq altında, istənilən keyfiyyətdə, o cümlədən sülhməramlı qüvvələr kimi olması Rusiya üçün təhdiddir: “Rusiyanı ərazilər deyil, insanlar maraqlandırır, ərazilər yalnız insanlar yaşadığı üçün vacibdir”.

Lavrov qeyd edib ki, Rusiya 2014-cü ilin aprelində ABŞ, Aİ və Kiyevlə Ukraynanın federallaşdırılmasını ciddi şəkildə müzakirə edib. “O zaman heç kim Krımın adını çəkməyib. Məsələ artıq həll olunmuşdu. Əgər Kiyev İstanbul razılaşmalarını yerinə yetirsəydi, yalnız Krımı və “Donbasın bir hissəsini” itirəcəkdi. Ukraynalılar hər dəfə aldadanda nəsə itirirlər”.

Rusiya XİN rəhbəri ölkəsinin ABŞ və Çinlə münasibətləri haqqında danışıb. Onun sözlərinə görə,nüvə gücləri bir-birinə qışqırmamalı, danışıqlar masası arxasında ünsiyyət qurmalıdırlar: “Rusiya və ABŞ-ın maraqları heç vaxt eyni olmayacaq, hətta 50% üst-üstə düşə bilməzlər. Avropa və Britaniya Ukrayna ətrafında münaqişənin davam etməsini istəyir, ABŞ-ı Rusiyaya qarşı aqressiv hərəkətlərə sövq etmək üçün “nə isə hazırlayırlar”.

Lavrov vurğulayıb ki, ABŞ Rusiyanı Çinə qarşı qoymağa müvəffəq olmayacaq: “Amerikalılar bilirlər ki, biz heç vaxt hüquqi, həm də siyasi, bizi Çinlə bağlayan öhdəliklərimizi pozmayacağıq. Pekin üçün maraqlı olarsa, Moskva ABŞ və Çinlə nüvə silahları və təhlükəsizlik üzrə üçtərəfli görüşə açıqdır.

Rusiya XİN rəhbəri Avropa İttifaqının müstəqilliyini, iqtisadi əhəmiyyətini itirdiyini və dinc iqtisadi layihə olmaqdan çıxdığını bildirib. O, Avropa ölkələrinin Ukrayna ilə bağlı Minsk razılaşmalarında pis rol oynadığını söyləyib, fransızların və almanların davranış tərzini biabırçılıq adlandırıb.

NATO-dakı vəziyyətə də toxunan Lavrov ABŞ-nin bu hərbi-siyasi birlikdən çıxmayacağını bildirib: “Amerikalıların NATO-nu tərk edəcəklərini düşünmürəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir