“Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlar başlamamışdan öncə deyib.
“Bizim səylərimiz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, humanitar problemlərin həllinə, iqtisadi nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında münasibətlərin inkişafına yönəlib”, – Lavrov bildirib.
Rusiya XİN rəhbəri, eyni zamanda vurğulayıb ki, Moskva sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazırdır.
Azinformasiya.az