Lavrov: Rusiya ABŞ-dan Tramp planının Avropa və Ukrayna ilə razılaşdırılmış versiyasını gözləyir

Rusiyaya Trampın planı rəsmi olaraq təqdim edilməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, ABŞ-nin Ukrayna ilə bağlı planının Rusiyaya rəsmi olaraq çatıdırılmadığını, ancaq Moskvanın həmin planın konkret ifadələrini müzakirə etməyə hazır olduğunu söyləyib.

Rusiya XİN rəhbəri Trampın Ukrayna ilə bağlı planının Moskvaya qeyri-rəsmi kanallar vasitəsi ilə çatdırıldığını vurğulayıb

Lavrov bildirib ki, Rusiya ABŞ-dan Avropa və ukraynalılarla razılaşdırılmış aralıq variant hesab etdiyi versiyanı təqdim etməsini gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir