Lavrov: Qəzzada dayanıqlı sülhün bərqərar olmasından danışmaq tezdir

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qəzza sektorunda vəziyyət qeyri-sabit olaraq qalır və dayanıqlı sülhün təmin edildiyini demək hələ tezdir.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə TASS-a 2025-ci ilin yekunlarına dair müsahibəsində danışıb.

“Qəzzada vəziyyət hələ də kövrəkdir. Dayanıqlı sülhün bərqərar olmasından danışmaq tezdir”, – deyə nazir vurğulayıb.

Lavrov həmçinin qeyd edib ki, atəşkəs rejiminin pozulması ilə bağlı məlumatlar mütəmadi daxil olur, humanitar yardımın gətirilməsi və paylanması isə ciddi məhdudiyyətlərlə üzləşir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir