Lavrov: Qərbin Gürcüstan və Moldovada ikinci cəbhə yaratmaq cəhdlərini nəzərə alırıq

Rusiya hərbi-siyasi və diplomatik planlarında Qərbin Gürcüstanda, Moldovada “ikinci cəbhə” yaratmaq cəhdlərini, həmçinin Belarusla sərhəddə Polşanın hərbi kontingentini nəzərə alır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfirinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Bu amillərin birləşməsi heç kimə rahatlamağa imkan vermir, biz rahatlamırıq, biz bütün bunları görürük və həm hərbi-siyasi, həm də diplomatik planlaşdırmamızda hər şeyi, həm də digər aspektlərdə nəzərə alırıq”, deyə Lavrov vurğulayıb.

O, Rusiya Federasiyasının Gürcüstan rəhbərliyinin “ikinci cəbhə”nin yaradılmasına cəlb edilməsi cəhdlərini gördüyünü, lakin ölkə hakimiyyətinin məsuliyyətli yanaşma nümayiş etdirdiyini və belə hərəkətlərdən imtina etdiyini bildirib.

Lavrov, həmçinin əlavə edib ki, Moldovadan “ikinci, üçüncü cəbhə” yaratmağa çalışdıqları ilə bağlı məlumatlar var.

“Qərbin bu və ya digər rəhbərliyə münasibəti Moldovada prezidentin və hökumətin qərbyönümlü xəttinə etirazlar, iqtisadi inkişaf maraqlarına məhəl qoymamağa etirazlar baş verdikdə açıq şəkildə nümayiş etdirildi. Qərb isə bunu az qala legitim hakimiyyəti devirmək cəhdi kimi qınadı. Eyni zamanda Gürcüstanda tamamilə aydın, başa düşülən qanun layihəsinə etirazlar oldu, hansı ki, həmin qanun layihəsində “əgər xaricdən pul alırsansa və ictimai-siyasi fəaliyyətlə məşğulsansa, zəhmət olmasa, pulun haradan gəldiyini açıqlamalısan” qeyd olunmuşdu”, – deyən Rusiyanın baş diplomatı Gürcüstanda etirazlarım Qərb tərəfindən fəal şəkildə dəstəkləndiyini də dilə gətirib.

Rusiyalı nazir onu da əlavə edib ki, Polşa Belarusla sərhəddə ciddi hərbi kontingent cəmləyib və bunu da unutmaq olmaz.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir