Ukraynadakı xüsusi əməliyyatdan sonra Baltikyanı ölkələr, İsveç və Finlandiyanın Rusiyanın növbəti hədəfi ola biləcəyi ilə bağlı Qərbin bəyanatları absurddur.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov diplomatik missiya rəhbərləri ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı dəyirmi masa formatında keçirilən görüşdə bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, ABŞ 54 ölkədən ibarət anti-Rusiya koalisiyasını yaradıb və bu koalisiya Kiyev rejiminə silah vermək və yardım göstərməklə Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışır.
“Bu gün ABŞ 54 ölkəni Ukraynanı silahla təchiz edən, bu ölkəni müxtəlif hərbi mütəxəssislər və ekspertlərlə təchiz edən və uzaqmənzilli hədəfləri, eləcə də silahları hədəf almağa kömək edən düşərgədə birləşdirib”, – deyə Lavrov vurğulayıb.
O, həmçinin qeyd edib ki, anti-Rusiya koalisiyası Kiyevə “yalnız Rusiya qalib gəlməsin” deyə yardım edir: “Mentalitet belədir – Ukrayna ilə bağlı hər şey Rusiyaya necə deyərlər, strateji məğlub etmək üçün istifadə edilməlidir”.
Rusiya XİN rəhbəri Qərbin artıq iki ildən az müddətdə Ukraynaya 200 milyard dollardan çox vəsait ayırdığını da açıqlayıb. Onun sözlərinə əsasən, Qərb “Ukrayna layihəsi”nin pozulmasının başladığını anlayır, ancaq ona dəstək verməkdən imtina edə bilmir.
Azinformasiya.az