“Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri sınağa çəkilir”.
Azinformasiya.az xəbər verir ki, bu fikir, Rusiya XİN başçısı Sergey Lavrovun Moskvada keçirilən “Rusiya-Ermənistan” ictimai forumunun iştirakçılarına ünvanlanan məktubunda yer alıb.
“Bu gün Qərbin qardaş xalqlarımız arasında münasibətlərə zərbə vurmaq cəhdləri fonunda Moskva və İrəvan arasında müttəfiqlik əlaqələri möhkəmlik baxımından sınanır” – deyə Lavrov vurğulayıb.
Azinformasiya.az