Lavrov Makronun açıqlamalarını Rusiyanın ünvanına təhdid adlandırıb

Fransa Prezidenti Emmanuel Makronun Moskva ilə qarşıdurma və nüvə silahından istifadə ilə bağlı açıqlamaları Rusiyanın ünvanına təhdiddir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbəri, həmçinin qeyd edib ki, Makron Putinə zəng edə bilər, heç kim ona mane olmur.

“Makronun Putinə zəng etmək imkanı var, Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamlar cəfəngiyyatdır”, – Lavrov qeyd edib.

O, Makronun Napoleon Bonapart və Adolf Hitler kimi “Rusiyanı fəth etmək niyyət”inə diqqət çəkib: “Ancaq Fransa Prezidentindən fərqli olaraq onlar heç olmasa Rusiyanı fəth etmək niyyətlərini birbaşa bəyan ediblər. Bu, əlbəttə ki, təhdiddir. Rusiyaya qarşı döyüşmək istəyən sələflərindən fərqli olaraq, cənab Makron çox zərif davranmır”.

Qeyd edək ki, Makron Rusiya təhlükəsi ilə əlaqədar Avropa ölkələrini Fransanın nüvə çətirinin altına qəbul edilməsi imkanları ilə bağlı müttəfiqləri ilə müzakirələrə başlayacağını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir