Hindistan və Braziliya BMT Təhlükəsizlik Şurasına daxil ola bilər.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə əsasən, bəzi Afrika dövlətləri də BMT TŞ-yə qoşula bilər.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələr Təhlükəsizlik Şurasında kifayət qədər təmsil olunmur.
Lavrov dəstəyin Asiya, Afrika və Latın Amerikasının maraqlarına cavab verməyə, o cümlədən daimi üzv yerlərinin təmin edilməsinə yönəldilməli olduğunu vurğulayıb.
Azinformasiya.az