Heç kəsə Yəməni bombalamaq səlahiyyəti verilməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
Qərb ölkələrindən ibarət koalisiyanın Yəməndə hərbi əməliyyatlar keçirməsi ilə bağlı sualı cavablandıran Lavrov qeyd edib ki, baş verənlər beynəlxalq hüququn pozulmasıdır.
Onun sözlərinə əsasən, heç kəsə Yəməni bombalamaq səlahiyyəti verilməyib: ” ABŞ müttəfiqləri ilə birlikdə bütün beynəlxalq hüquq normalarını tapdalayıb. Heç kəs onlara Yəməni bombalamaq səlahiyyəti verməyib. Necə ki, vaxtı ilə heç kəsə Liviyanı bombalamaq ixtiyarı verilməmişdi”.
Azinformasiya.az