KTMT-ın Almatıda keçirilən Nazirlər Şurasında Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT XİN başçıları Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, iclasda belə bir tələb olmayıb.
Lavrov vurğulayıb ki, İrəvan KTMT-yə rəsmi sənədlər göndərməyib ki, təşkilat üzvləri Ermənistanın gedişinin mümkün nəticələrini müzakirə etsinlər.
Azinformasiya.az