Lavrov Əfqanıstan XİN rəhbəri ilə telefon danışığı aparıb

İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottaki arasında telefon danışığı olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya və əfqan xalqlarının çox illik dostluq və mehriban qonşuluq ənənələrini qeyd edən tərəflər iki ölkə arasında ticarət, iqtisadi və humanitar sahələrdə, regional təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən terrorizm və narkotik ticarəti ilə mübarizə sahəsində əməkdaşlığın artırılmasında qarşılıqlı marağı vurğulayıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir