Lavrov CAR-a səfər edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına (CAR) səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Lavrovun BRİKS sammitində Rusiyanı təmsil edəcəyi bildirilib.

Rusiya Prezidenti Vladimir Putin isə sammitdə videokonfrans vasitəsilə iştirak edəcək.

Qeyd edək ki, bu gün Yohannesburqda BRIKS sammiti başlayıb və 24 avqust tarixinə kimi davam edəcək. Sammitdə Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir