Lavrov: “Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”

“Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi yalnız Rusiyanın deyil, digərlərinin də istifadə etməkdə maraqlı olduğunu anlayırıq.

Bakı və İrəvana razılaşmaların tapılmasında səmimi şəkildə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Lakin bu, Azərbaycan və erməni xalqlarının mənafeləri əsasında olmalıdır”, – Lavrov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir