Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Belarusa səfər edib.
Azinformasiya.az xəbər verir ki, Minskdə keçiriləcək iclasda çoxtərəfli əməkdaşlığın yekunlarının və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.
Həmçinin bildirilib ki, nümayəndə heyətlərinin rəhbərləri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.
Azinformasiya.az