Lavrov: Azərbaycan və Ermənistan kommunikasiyaların açılmasına dair yekun razılaşmaya yaxındırlar

Azərbaycan və Ermənistan tərəfləri regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmaya yaxındırlar.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.

“Bu gün biz sülh müqaviləsinin bir sıra maddələri üzrə tərəflərin anlaşmasında ümumi nöqtəyə yaxınlaşa bildik”, – o qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir