Lavrov: Azərbaycan sülh müqaviləsini Rusiyada imzalamağa hazırdır, Ermənistanın mövqeyini bilmirəm

“Üçtərəfli bəyanat Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa prezidenti Emmanuel Makronun imzası yoxdur”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

O, 2022-ci ilin oktyabrında Makronun iştirakı ilə Praqada keçirilən sammitdə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını və 1991-ci ilin Almatı Bəyannaməsinə istinad olunan sənədi imzaladıqlarını xatırladıb. Qeyd edib ki, həmin bəyannaməyə istinad olunan sənədin imzalanması o mənaya gəlir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb.

Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan Rusiya ərazisində sülh müqaviləsini imzalamağa hazırdır.

“Qərb tərəfdaşlarının Ermənistan-Azərbaycan sülh müqaviləsini yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın bu münaqişənin dayandırıldığı Rusiya ərazisində yekunlaşmasını istəməsi də faktdır. İrəvanın buna nə qədər hazır olması mənə məlum deyil. Rəsmi İrəvana müvafiq siqnalların göndərilməsi də mənə məlum deyil”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir