Avropa qoşunları Ukraynada yerləşdirilərsə, Rusiya cavab verəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında cari xarici siyasət məsələləri ilə bağlı məruzəsində bildirib.
Onun sözlərinə əsasən, bu cavab artıq hazırdır.
Lavrov vurğulayıb ki, Avropa İttifaqı “ümidsiz siyasi korluq içində” Rusiyanı məğlub edə biləcəyi ilə özünü aldadır.
“Rusiya dondurulmuş aktivlərin müsadirəsinə və ya Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə cavab verəcək. Biz cavab verəcəyik və buna hazırıq”.
Azinformasiya.az