Türkiyəli həmkarımla danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyəti də müzakirə etdik.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Rusiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıdır. Həmçinin Rusiya Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri bütün razılaşmaların, 2020-ci ilin razılaşmasından başlayaraq nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması, habelə münaqişə sonrası bərpaya qədər razılaşmaların həyata keçirilməsində maraqlıdır. Əminik ki, Türkiyə bu səylərdə çox konstruktiv və faydalı rol oynaya bilər”, deyə Rusiya XİN rəhbəri qeyd edib.
Azinformasiya.az