Lavrentyev: Moskva, Ankara və Tehran Suriyada ABŞ-nin sabitliyə maneə olması fikrində yekdildir

Rusiyada ABŞ-nin öz hərbi kontingentini İraqdan çıxarmağa başlamağa hazır olduğunu elan etdiyi barədə məlumat var.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya üzrə Astana formatında keçirilən 21-ci beynəlxalq görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən, ABŞ qoşunlarının İraqdan çıxarılması prosesi illərlə uzana bilər.

Lavrentiyev qeyd edib ki, Rusiya, İran və Türkiyə ABŞ-nin qeyri-qanuni mövcudluğunun Suriyada qeyri-sabitliyin əsas səbəbi olduğu fikrində yekdildir.

“ABŞ hakimiyyəti Suriyada sabitliyi pozmaq üçün “İŞİD-İslam Dövləti” terror qruplaşmasının yaraqlılarından istifadə edir”, deyə rusiyalı diplomat vurğulayıb.

Putinin nümayəndəsi Rusiyanın Husilərin Bab əl-Məndəb boğazında mülki gəmiləri atəşə tutmasının əleyhinə olduğunu da deyib. Bildirib ki, Qərbin buna reaksiyası qeyri-mütənasibdir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir