Latviya, Litva, Estoniya və İslandiyanın XİN başçıları Gürcüstanda səfərdədir

Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri Gürcüstana səfərə gəlib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna paylaşımında bildirib.

“Biz Gürcüstana endik. Çətin dövrlərdə siz öz dostlarınıza etibar edə bilərsiniz”, – Tsahkna “X” platformasındakı paylaşımında qeyd edib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də Tbilisiyə enməsi ilə bağlı paylaşım edib. O, paylaşımında Tbilisidə demokratiya və azadlıq uğrunda mübarizə aparıldığını qeyd edib. “Demokratiya, azadlıq və Avropanın gələcəyi uğrunda daha bir döyüşün baş verdiyi Tbilisiyə endim”, – Landsbergis vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir