Laricani: ABŞ nüvə danışıqlarının konkret həll yolu ilə nəticələnməsini istəyir

Amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nəticələnməsini istəyirlər.

 

Azinformasiya.az  “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

“Amerikalılarla danışıqlar nisbətən yaxşı davam edir. Görünür ki, onlar bu dialoqun konkret həll yolunun tapılması istiqamətində davam etməsini istəyirlər. Hələ ki, tam nəticə çıxarmaq olmaz, çünki, cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik”,-Laricani qeyd edib.

O həmçinin qeyd edib ki, danışıqların növbəti dəfə harada və nə zaman keçirilməsi barədə qərar veriləcək.

Laricani Omana səfəri barədə danışarkən bildirib ki, səfər çox faydalı keçib və Oman rəsmiləri ilə də regional məsələlər barədə danışıqlar ümidverici xarakter daşıyır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir