Laçında yük maşını aşıb, sürücü ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonunun Pircahan kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Aslan Nağızadənin idarə etdiyi “Howo” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az